Şirkət haqqında

AN MEDİA MMC kabel televiziyası, internet və İP TV xidmətləri ilə qısa müddətdə stabil, etibarlı və daim inkişaf edən şirkətlərdən biri olmuşdur. Şirkət 2006-cı ildə Milli Televiziya və Radio Şurasının lisenziyası alaraq fəaliyyətə başlamışdır .

2009-cu ildə AN MEDİA ilk dəfə olaraq Mingəçevir şəhərində kabel televiziyası stansiyası quraşdırmış və əhaliyə xidmət göstərməyə başlamışdır. Qısa müdətdə şəhəri tam əhatə edən xidmətimiz əhalinin rəğbətini qazanmışdır.

Bundan sonra şirkət əhatə dairəsini genişləndirmək məqsədilə Gəncə və Bakı şəhərlərində də stansiyalar quraşdıraraq kabel televiziyası yayımına start verdik. Bakıda - Yasamal və Nərimanov rayonlarından Gəncədə isə Yeni Gəncə qəsəbəsindən başlayaraq qısa zamanda hər iki şəhərdə böyük hissəni əhatə edən şəbəkələr qurulmuşdur.

Bütün avadanlıqlar Almaniya istehsalı olan Polytron şirkətinə məxsusdur.

AN MEDİA MMC daha sonra xidmət sahəsini genişləndirərək opdik internetlə əhalini təmin etmək məqsədilə Gəncə, Mingəçevir və Bakı şəhərlərində bir provayder olaraq əhaliyə yüksək keyfiyyətli internet xidməti göstərməyə başlanıldı.

Hal-hazırda bizim tərəfimizdən İP TV vasitəsilə əhaliyə xüsusi seçilmiş və ən maraqlı kanallar bütün dünyada təqdim oluna bilər. Məqsədimiz əhali arasında yüksək etimad və inam qazanmaqdır. Bunun üçün biz daimi öz üzərimizdə çalışaraq keyfiyyətli xidmət göstərməyi ən vacib vəzifə hesab edirik.

Şirkətin direktoru: Şahhüseynov İlqar Vasif oğlu

Direktor müavini: Tağızadə Rahil Tahir oğlu

Tel.: ( 994 70) 909-80-81

Yeniliklərdən xəbərdar olun