Yeni texnologiya smartfonları 10 dəfə tez enerji ilə doldurmağa imkan verəcək

16.11.2015

“Huawei” şirkətinin tədqiqat bölməsi smartfonun enerji ilə doldurulma prosesini batareyanın istismar müddətinə ziyan vurmadan köklü şəkildə sürətləndirməyə imkan verən texnologiya təqdim edib.

Bildirilir ki, texnologiya kommersiya məhsullarında tətbiq ediləcəyi təqdirdə smartfonları bir neçə dəqiqəyə enerji ilə doldurmaq mümkün olacaq.

Yeni məhsul Yaponiyada keçirilən akkumulyator texnologiyaları üzrə simpoziumda Çinin “Huawei” şirkətinin "Watt Lab” Mərkəzi Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən təqdim olunub. Texnologiya xüsusi enerji doldurma qurğusundan və 620 vatt gücündə litium-ion batareyadan istifadəni nəzərdə tutur.

“Huawei” nümayəndələrinin fikrincə, onların hazırladıqları texnologiya smartfon, noutbuk, daşınan qurğular və elektromobillərin enerji ilə doldurulması sahəsində inqilabi yeniliyə səbəb olacaq, - “Vesti” yazır.

Yeniliklərdən xəbərdar olun